Mingəçevirdə abadlıq işləri görülür – Video


Mingəçevir şəhərində abadlıq-quruculuq işləri aparılır, binalar təmir edilir, yollara asfalt çəkilir, digər binaların qarşısında uşaqlar üçün əyləncə mərkəzi yaradılır, yolların ətrafı abadlaşır, parklar salınır, kanalizasiya xətləri yenilənir.
Mingəçevir Yaşıllaşdırma Sanitar və Təmizlik İdarəsinin rəisi Əli Ağamirov Yeniavaz.com-a bildirib ki, Bayraq meydanından şəhərin çıxış hissəsinə qədər sahə abadlaşır, kölgəliklər, oturacaqlar quraşdırılır.
Şəhərin Ş.İ.Xətai, A.Məmmədov küçələrinin binalarının fasad hissələri, blokları, qapıları, pəncərələri yenilənir, həyətlərdə nümunəvi məhəllələr yaradılır.
O qeyd edib ki, bu işlərin dekabrın sonuna qədər yekunlaşması nəzərdə tutulub.





Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top