155 Türkiyə vətəndaşı Ermənistan vətəndaşlığı üçün müraciət edib


2022-ci il yanvarın 1-dən noyabrın 30-dək 155 Türkiyə vətəndaşı Ermənistan vətəndaşlığı üçün rəsmi müraciət edib.
Yeniavaz.com
“Hraparak” nəşrinə istinadən bildirir ki, bu barədə məlumatı Ermənistan polisinin pasport və viza şöbəsindən veriblər.
Məlumatda bildirilir ki, bu ilin ilk 11 ayında vətəndaşlıq üçün müraciət edənlərin arasında Azərbaycan vətəndaşları olmayıb.
Ermənistan vətəndaşlığı üçün müraciət edən Türkiyə vətəndaşlarının əksəriyyəti milliyətcə ermənidir.
Ümumilkdə bu ilin yanvar-noyabr aylarında Ermənistan prezidentinin fərmanı ilə 48 min 352 şəxsə vətəndaşlıq verilib.
Bu dövürdə Ermənistan vətəndaşlığına qəbul edilən Rusiya vətəndaşlarının sayı 17 min 498 nəfər oldub.

DİGƏR XƏBƏRLƏR

Top