Polşa klubu Qurban Qurbanovun oğlunu transfer etmək istəyir


“Polşanın “Poqon” (Şetsin) klubu “Qarabağ”ın futbolçusu Musa Qurbanlı ilə maraqlanır”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Polşanın “SportoweFakty” saytı məlumat yayıb.
Bildirilib ki, Polşa klubu qış transfer pəncərəsində hücumçunu sıralarına qatmaq istəyir.
Qeyd edək ki, 20 yaşlı oyunçu bu mövsüm Azərbaycan liqasında 13 oyunda 11 qol vurmaqla bombardirlik yarışında ikincidir. Bununla yanaşı, o, Azərbaycan millisinin heyətində 5 dəfə meydana çıxıb və Makedoniya ilə yoldaşlıq görüşündə qol hesabını açıb. Hücumçunun Ağdam klubu ilə 2024-cü ilin yayına qədər müqaviləsi var.
Musa Qurbanlı “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğludur.

DİGƏR XƏBƏRLƏR

Top