ABŞ-ın B-2 bombardmançı təyyarəsi yanıb


ABŞ-ın B-2 strateji bombardmançı təyyarəsi Missuri ştatındakı aviabazaya təcili eniş etdikdən sonra yanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə dekabrın 13-də Military.com bölmənin nümayəndəsinə istinadla məlumat yayıb.
Bildirilib ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus B-2 Spirit dekabrın 10-da planlaşdırılan uçuş zamanı texniki problemlə üzləşib və təcili eniş etdikdən sonra Uaytman AFB uçuş-enmə zolağına ziyan vurub.
Qeyd olunur ki, enişdən sonra yanğın olub, alov aviabazanın yanğınsöndürənləri tərəfindən söndürülüb. Ölən və yaralananlar olmayıb.

DİGƏR XƏBƏRLƏR

Top