Yoluxanların sayı açıqlandı


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 64 yeni yoluxma faktı qeydə alınıb, 60 nəfər müalicə olunaraq sağalıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 824 943 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 814 584 nəfər müalicə olunaraq sağalıb, 9 989 nəfər vəfat edib, aktiv xəstə sayı 370 nəfərdir. Ölkədə son sutka ərzində 2 779, hazırkı dövrədək isə 7 398 046 test aparılıb.

Bundan əlavə Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 284 vaksin vurulub.
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 116, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 49, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 103, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 16 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 926 238, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 394 071, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 874 766 , üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 393 155, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 264 246 nəfər təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top