"Gömrükçülərin əməkhaqları lazımi səviyyədə olmalıdır ki, korrupsiyaya meyillilik azalsın"


“Bizim qarşımızda duran əsas hədəf gömrük orqanlarında şəffaflıq səviyyəsinin yüksəldilməsidir. Bu yoldan heç vaxt dönən deyiləm, qarşıya qoyulan hədəfləri yerinə yetirəcəyik. Bir rəhbər kimi mən buna məsuliyyət daşıyıram”.

Yeniavaz.com "Qafqazinfo"ya istinadla xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Gömrük Məcəlləsində dəyişikliklərin müzakirəsi zamanı deyib.

Şahin Bağırov vurğulayıb ki, əsas vəzifələrdən biri də sahibkarlıq subyektlərinin, gömrük orqanlarının əməkdaşlarının və vətəndaşların məmunluğunu təmin etməkdir.

Onun sözlərinə görə, korrupsiyaya meyilliliyinin azaldılması məqsədilə gömrük orqanları əməkdaşlarının əməkhaqlarının lazımi səviyyədə olması zəruridir.

DİGƏR XƏBƏRLƏR

Top