ABŞ-dan Laçın dəhlizindəki vəziyyətlə bağlı - Açıqlama


“Fikirləşirəm ki, bizdə bu barədə (bir qrup qeyri-hökumət təşkilatı nümayəndəsi, media təmsilçisi və ictimai fəalın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunu bağlaması) məlumat var. Biz ardıcıl olaraq bu çağırışa, gərginliyin azaldılması zərurətinə, bu iki ölkənin (Azərbaycan və Ermənistan – red.) davamlı, hərtərəfli nizamlanma yoluna çıxarılmasının zəruriliyinə diqqət yetirmişik”.
Yeniavaz.com
ABŞ Dövlət Departamentinin rəsmi saytına istinadla xəbər verir ki, bunu Departamentin rəsmi nümayəndəsi Ned Prays müvafiq suala cavabında deyib.
“Biz, əlbəttə ki, Vaşinqtonda iki ölkəni xarici işlər nazirləri səviyyəsində bir araya gətirdik. Biz bunu Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində etdik. Və bizim baş məsləhətçimiz Fil Riker hər iki ölkənin rəsmiləri ilə fəal şəkildə əlaqədədir. Biz əlimizdən gələni edirik və ən əsası, bu iki ölkə bu gərginliklərin azaldılması üçün əlindən gələni edir”.
Qeyd edək ki, ötən gün - dekabrın 12-də səhər saatlarından bir qrup qeyri-hökumət təşkilatı nümayəndəsi, media təmsilçisi və ictimai fəal Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunu bağlayıb. Aksiya iştirakçıları Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz etdiklərini söyləyərək Xocalı və Xankəndi tərəfə keçmək istəsələr də, sülhməramlı kontingent onlara imkan verməyib.
Sözügedən aksiya hazırda da davam edir.

DİGƏR XƏBƏRLƏR

Top