Peruda aksiyalar: 7 nəfər ölüb, 15 polis yaralanıb – Video


Xəbər verdiyimiz kimi, Perunun vitse-prezidenti Dina Boluarte ölkə parlamentinin Pedro Kastillonu devirməsindən sonra yeni prezident kimi and içib.
Yeniavaz.com
xəbər verir ki, P.Kastillonun prezidentlikdən uzaqlaşdırılmasından sonra minlərlə insan aksiyası başladıb.
Etirazçılar Pedro Kastillonun impiçmenti və həbsindən sonra parlamentin işinin dayandırılmasını və növbədənkənar ümumi seçkilərin keçirilməsini tələb edirlər.
Hökumət əleyhinə etirazlar zamanı ölənlərin sayı 7-ə çatıb.
Zərərçəkənlər arasında hadisələri işıqlandıran media işçiləri də var. Saxlanılanların sayı ilə bağlı hələlik məlumat verilmir.
Ölkənin paytaxtı Limanın cənubunda minlərlə nümayişçi partlayıcıdan istifadə edib, 15 polis yaralanıb.
Artan etirazlar fonunda Peru Prezidenti Dina Boluarte bir neçə bölgədə fövqəladə vəziyyət elan edib.
Eyni zamanda, ölkənin ikinci ən sıx şəhəri olan Arekipada nümayişçilər “Alfredo Rodriguez Ballon” Beynəlxalq Hava Limanına basqın etməyə cəhd ediblər.

DİGƏR XƏBƏRLƏR

Top