Ərdoğanın "vurarıq" sözlərinə ABŞ-dan reaksiya


Türkiyə ilə Yunanıstan arasında gərginlik aylardır davam edərkən, gərginliyi artıran bir açıqlama da bazar günü axşam Prezident Rəcəb Tayyib Ərdoğandan gəldi.
Yeniavaz.com
xəbər verir ki, Ərdoğan qatıldığı tədbirdə çıxışı zamanı Türkiyənin istehsal etdiyi raketlərdən danışıb və Yunanıstanı vurmaqla hədələyib.
“İndi biz raketlərimizi hazırlamağa başladıq. Bu istehsal, təbii ki, yunanları qorxudur. “Tayfun” deyirsən, yunan qorxur, “Afinanı vuracaq” deyir. Təbii ki, vuracaq. Sakit qalmasanız, Amerikadan adalara, ordan-burdan nəsə almağa çalışsanız, yəqin ki, Türkiyə kimi bir ölkə armud toplamayacaq, nəsə etməlidir”.
Ərdoğanın bu açıqlamaları Yunanıstanda, həmçinin ABŞ Dövlət Departamentinin gündəlik mətbuat konfransında gündəm olub.
Bir müxbir ABŞ-ın Ərdoğanın açıqlamaları ilə bağlı açıqlaması olub-olmadığını soruşub və ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bunu belə cavablandırıb:
“Baxın, təxribatçı bəyanatlarla gərginliyin artmasına təəssüflənirik. Xüsusən də NATO müttəfiqlərimiz arasında birliyə ən çox ehtiyac duyduğumuz bir vaxtda belə halların yaşanmasına təəssüflənirik. İstəyirik ki, bütün müttəfiqlərimiz təhdidləri və təxribatçı bəyanatları tez bir zamanda dayandırsınlar. Gərginliyin bu cür artması bizi NATO-nun üzləşdiyi Rusiya təhlükəsinə qarşı birləşmək məqsədimizdən yayındırır”.

DİGƏR XƏBƏRLƏR

Top