Monteneqroda Prezidentin tərəfdarları parlamentə hücum etdi


Monteneqroda Prezident Milo Cukanoviç tərəfdarlarının mitinqində parlament binası qarşısında polislə toqquşma baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “RT in Balkans” Teleqram kanalı məlumat yayıb .
Etirazın səbəbi parlamentin iclası olub. Orada ölkə rəhbərinin səlahiyyətlərini məhdudlaşdıran yeni qanuna səsvermə planlaşdırılır.
Etirazçılar parlament binasına daş və butulka atıb, həmçinin hasarları sökməyə cəhd ediblər. Polis iğtişaşları yatırmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

DİGƏR XƏBƏRLƏR

Top