![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2021/4/6/1/651f5d6c-5536-4ed0-9410-ea18e84fe6c0/abs-hiperses-raketi.jpg)
Florida ştatındakı Eglin Hərbi Hava Qüvvələri bazası ABŞ AGM-183A hipersəsli “hava-yer” raketinin tam hüquqlu prototipinin ilk sınaqlarını keçirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb.
Buraxılış B-52 Stratofortress bombardmançısından edilib. Bu sınaqların ilk buraxılış olduğu bildirilib. Əvvəlki yoxlamaların isə elektrik stansiyasının işini yoxlamaq məqsədi daşıdığı qeyd olunub.