İsveç Ukraynaya daha 64 milyon dollar ayırır


İsveç hökuməti Ukraynaya kömək üçün əlavə 600 milyon kron (64 milyon dollar) ayırıb. 
Yeniavaz.com
xəbər verir ki, bunu SVT-yə müsahibəsində beynəlxalq əməkdaşlıq naziri Yohan Forsel deyib .
"Ukraynada insanlar indi çox ağır vəziyyətdədir və buna görə də İsveç ölkənin uzunmüddətli bərpası üçün yarım milyarddan çox kron ayırır", - deyə o izah edib.
Yohan Forsel dekabrın 13-də Parisdə donor konfransı çərçivəsində həmkarları və hökumət başçıları ilə görüşdə yeni paketi daha ətraflı təqdim edəcək. Tədbirin məqsədi Ukraynanın yenidən qurulması və onun müqavimət göstərmək qabiliyyətinin gücləndirilməsi üçün mümkün qədər çox vəsait toplamaqdır.

DİGƏR XƏBƏRLƏR

Top