Fransanın Moskvadakı səfirliyinə içində ölü siçan olan bağlama göndərildi


Fransanın Moskvadakı səfirliyinə ölü siçan və hörümçək olan bağlama gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “İzvestiya” məlumat yayıb.
Bildirilib ki, hadisə ötən həftə baş verib, ancaq indi məlum olub. Yük skaner yoxlamasından keçməyib, bundan sonra hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Polis bağlamada iki qutu olduğunu müəyyən edib. Birində ölü hörümçək, digərində ölü siçan aşkarlanıb.
Bağlamanın Krımdan Pier Notarianninin göndərdiyi qeyd olunub. Məlumat üçün deyək ki, Həmin şəxs 2006-cı ildə ölən italiyalı prodüserdir  
Hazırda polis hadisə ilə bağlı araşdırma aparır.

DİGƏR XƏBƏRLƏR

Top