Əsgərlikdən yayınıb avtoşluq edən məmur oğlunun cəzası bilindi


Əsgərlikdə olduğu vaxt hərbi xidmətdən yayınaraq Bakının mərkəzində avtoxuliqanlıq edən Əziz Məlikovun məhkəməsi yekunlaşıb.
Yeniavaz.com
 "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən iclasda ona hökm oxunub.
Hökmə əsasən, Əziz Məlikova 6 ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzası verilib. Belə ki, o, xidmət müddətindən əlavə olaraq 6 ay hərbi hissədə saxlanılacaq.
Xatırladaq ki, bu ilin mayında sosial şəbəkələrdə Əziz Məlikov Soltanpaşa oğlunun Bakıda avtoşluq etməsi ilə bağlı görüntülər yayılmışdı. Araşdırmalar zamanı məlum olmuşdu ki, o, həmin vaxt faktiki olaraq hərbi xidmətdədir. DYP-nin yaydığı məlumatda qeyd olunmuşdu ki, Nəsimi rayonu Cavadxan küçəsində 99-BC-181 dövlət nömrə nişanlı, "Chevrolet Cruze" markalı avtomobilin sürücüsü Məlikov Əziz Soltanpaşa oğlu əl əyləcindən istifadə edərək avtomobili bir neçə dəfə fırladıb. Sürücü asfalt örtüyü üzərində təkər izləri buraxaraq avtoxuliqanlıq edib və hadisə yerindən qaçıb. Həmin zaman sürücüyə saxla əmri verilsə də, avtomobili saxlamayıb, müxtəlif qaydaları pozmaqla hadisə yerindən yayınıb. Sürücü bir neçə gün axtarıldıqdan sonra yeri müəyyən edilib və barəsində cinayət işi başlanaraq həbs olunub.
Qeydilib edək ki, Əziz Məlikovun atası Soltanpaşa Məlikov Şamaxı rayon Məlhəm, Əngəxaran və Çuxuryurd bələdiyyələrinin sədridir. O, bölgədə böyük təsərrüfat sahibi kimi tanınır.

DİGƏR XƏBƏRLƏR

Top