Kabildə çinli diplomatların otelində partlayış oldu – Video


Kamikadzelər Əfqanıstanın paytaxtı Kabildə çinli diplomatların və investorların qaldığı otelə hücum ediblər.
Yeniavaz.com
xəbər verir ki, “Aamaj News” bu barədə görüntülər dərc edib.
Agentliyin yaydığı videoda “Çin oteli” kimi tanınan otelin pəncərələrindən alov və qatı tüstünün qalxdığı görünür. Agentlik əvvəlcə partlayış, ardınca isə atışma səslərinin eşidildiyini bildirib.
Ölkədə mövcud olan silahlı qruplardan heç biri hücuma görə məsuliyyəti üzərinə götürməyib.
Xatırladaq ki, dekabrın 10-da Çin səfiri Vanq Yu “Taliban” xarici işlər nazirinin müavini Şer Məhəmməd Abbas Stanakzai ilə görüşdə Çinin Kabildəki səfirliyində təhlükəsizliyin artırılmasını istəyib.

DİGƏR XƏBƏRLƏR

Top