"Azərbaycan Dəmir Yolları" daha 10 yeni qatar alır


Bakı-Sumqayıt istiqaməti üzrə fəaliyyət göstərən sürət qatarları gündəlik 20-25 min sərnişinin daşınması üçün nəzərdə tutulub.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, bunu jurnalistlərə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmov bildirib.
Onun sözlərinə görə, 10 sürət qatarının alınması ilə bağlı müqavilə bağlanılıb (“Stadler ” şirkəti ilə - red.) və növbəti ilin sonunda ilk qatarlar ölkəyə gətiriləcək.
“Onların bir hissəsi Bakı-Sumqayıt dairəsində, digər hissəsi isə respublikanın digər şəhər və rayonlarına sərnişin daşınması üçün nəzərdə tutulub”, - Rövşən Rüstəmov bildirib.

DİGƏR XƏBƏRLƏR

Top