"Azərbaycanda da kiməsə "erməni" deyirlər, incitməyə çalışırlar" - Paşinyan


“Məni təhqir etmək üçün "türk" adlandırmağa meyilli olan insanlara demək istəyirəm ki, onlar məni heç təhqir etmirlər, çünki bunu təhqir kimi qəbul etmirəm”.
Yeniavaz.com
xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın 12-də Soyqırımı Cinayətinə Qarşı IV Qlobal Forumda çıxışı zamanı deyib.
O əlavə edib ki, Ermənistanda kimisə sərt formada təhqir etmək üçün ona "türk" deyirlər. Bu, qəbuledilməzdir.
“Soyqırımının qarşısının alınması üçün ən mühüm vasitələrdən biri rəsmi etirafdır ki, biz Ermənistanda siyasi rəqibləri təhqir etmək üçün başqa millətin adından istifadə etməyi dayandırmalıyıq. Biz bu reallıqları dəyişməliyik. Azərbaycanda da kiməsə "erməni" deyirlər, incitməyə çalışırlar. Hesab edirəm ki, hökumət səviyyəsində bu reallıqlarla razı olmadığımızı deməliyik”, - Baş nazir qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top