Türkiyəlilər yuxuda ən çox nə görür? – “Google” açıqladı


Məlum olduğu kimi, "Google" hər ilin sonunda ənənəvi olaraq həm dünya, həm də bəzi ölkələr üzrə ən çox axtarılan sözlərin siyahısını açıqlayır.
Yeniavaz.com 
xəbər verir ki, dünya üzrə ən çox axtarılan sözlərin arasında ilk sırada “Wordle” adlı oyun olub.
“Google” ayrı-ayrı kateqoriyalar üzrə axtarılan sözlərin də siyahısını açıqlayıb. Xəbər kateqoriyasında insanlar ən çox “Ukrayna” sözünü axtarışa verib. “Google”da ən çox “axtarılan” şəxs isə  “Coni Depp” olub. Ən çox axtarılan film “Thor: Love and Thunder” (“Tor: Məhəbbət və İldırım” - 2022) olub.
Türkiyə istisna olmaqla Azərbaycan və qonşu ölkələrdən heç biri “Google”ın “ən çox axtarılanlar” siyahısında yer almayıb.
Türkiyədə internet istifadəçilərinin 2022-ci ildə ən çox axtardığı söz isə “Dollar/TL” olub. Açıqlanan məlumatda maraqlı məqamlardan biri, “Google”ın “Yuxu” kateqoriyası başlığı ilə paylaşdığı siyahıdır. Türkiyədə internet istifadəçiləri “Google”da “Rüyada deprem olması” (Yuxuda zəlzələ olması), “Rüyada erkek bebek doğmak” (Yuxuda oğlan doğmaq), “Rüyada yazın kar yağdığını görmek” (Yuxuda yayda qar yağdığını görmək), “Rüyada teyze kızı görmek” (Yuxuda xalanın qızını görmək) və s. kimi ifadələri axtarışa veriblər.
Bunlardan başqa Türkiyədə insanların ən çox axtardığı serial “Yalı Çapkını”, ən çox axtarılan şəxs isə İkardi (futbolçu Mauro İkardi) olub.
“Ben neden sevilmiyorum”,  “Elenen isim, "Survivor" kim elendi”,  “Faroe adaları nerde” kimi ifadələr də ən çox axtarılanlardan olub.

DİGƏR XƏBƏRLƏR

Top