Sabahın havası açıqlandı


Dekabrın 13-də Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata görə, havanın temperaturu gecə 5-7° isti, gündüz 8-10° isti, Bakıda gecə 5-7° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu olacaq. Nisbi rütubət 80-90 % olacaq.
Azərbaycanın rayonlarında şərq rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2-6° isti, gündüz 7-11° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 0-4° şaxta olacaq.

DİGƏR XƏBƏRLƏR

Top