Moskavada ticarət mərkəzi yanır - Video


Moskva vilayətinin Balaşixa şəhərində yerləşən “Stroytrakt” ticarət mərkəzində yanğın olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yanğına səbəb yağış səbəbindən baş verən qısa qapanma olub. Yanğının sahəsi 700 kvadratmetrə çatıb. Söndürmə işlərinə 45 nəfər və 14 texnika cəlb olunub.
Faktla bağlı prokurorluq orqanları araşdırmalara başlayıb.
Təcili tibbi yardımın məlumatına əsasən, yanğın zamanı mühafizəçi xəsarət alıb.

DİGƏR XƏBƏRLƏR

Top