Şimali İrlandiya - Azərbaycan oyununun hakimləri açıqlanıb

2018-ci il dünya çempionatının seçmə qrup mərhələsinin IV turunda keçiriləcək Şimali İrlandiya - Azərbaycan oyununun hakimlərinin adları açıqlanıb.

Qarşılaşma fransalı hakimlər briqadasına həvalə olunub.

C qrupunda keçiriləcək matçın baş hakimi Klemen Turpindir.

Dünya çempionatı, seçmə qrup mərhələsi, C qrupu

11 noyabr

23:45. Şimali İrlandiya - Azərbaycan

Baş hakim: Klemen Turpin

Yan xətt hakimləri: Nikolas Danos, Kiril Qrinqore

Dördüncü hakim: Fransa Şneyder (hamısı Fransa).

Report

DİGƏR XƏBƏRLƏR

Top