Putin və Ərdoğan arasında telefon danışığı olub


Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, prezidentlər iki ölkənin ticarət və enerji layihələrində rekord artımı, taxıl müqaviləsini və Suriya məsələsini müzakirə ediblər. 
Müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələləri ətraflı müzakirə edilib.
Liderlər həmçinin Qara dəniz limanlarından Ukrayna taxılının ixracı və Rusiyanın kənd təsərrüfatı məhsulları və gübrələrinin ixracı ilə bağlı iyulun 22-də imzalanan İstanbul sazişlərinin icrasını da nəzərdən keçiriblər. 
Putin və Ərdoğan 2019-cu il Rusiya-Türkiyə anlaşma memorandumunun müddəalarına əməl olunması kontekstində Suriya nizamlanması məsələsinə də toxunublar. 
 

DİGƏR XƏBƏRLƏR

Top