Ceyhun Bayramov Belçikaya səfər edib


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 12-də Brüsseldə keçiriləcək Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak etmək məqsədilə Belçikaya işgüzar səfərə yola düşüb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.

Nazir Ceyhun Bayramovun səfər çərçivəsində ikitərəfli görüşlərinin də keçirilməsi nəzərdə tutulub.

DİGƏR XƏBƏRLƏR

Top