Kosovonun şimalında polisə atəş açılıb


Kosovo Polisindən verilən açıqlamada ölkənin şimalında yolları bağlayan müəyyən cinayətkar qrupların üzvlərinin Bernjak sərhəd-keçid məntəqəsinə gedən yolda növbətçi polislərə atəş açdığı qeyd edilib.
Yeniavaz.com
xəbər verir ki, açıqlamada, 3 fərqli yerdən edilən hücumların özünümüdafiə məqsədi ilə cavab atəşinə tutulduğu və bu qrupların dəf edilərək təyin olunmamış istiqamətə uzaqlaşdırıldığı bildirilib.
Polis digər bölgələrdə də atışma səslərinin eşidildiyini, xəsarət alanlar və dağıntılar barədə hələlik rəsmi məlumatın olmadığını açıqlayıb.
Kosovo Polisi əvvəlki açıqlamasında, Bernjak və Jarinje sərhəd qapılarının yollara qurulan barrikadalar səbəbilə bağlandığını bildirərək, vətəndaşları digər sərhəd qapılarından istifadə etməyə çağırıb.
Qeyd edək ki, Kosovonun ölkənin şimalında serblərin məskunlaşdığı ərazilərdə təhlükəsizlik qüvvələrinin artdığını bildirməsindən sonra Serbiya və Kosovo münasibətləri yenidən gərginləşib.
Serblərin sıx məskunlaşdığı Kosovonun şimalındakı 4 bələdiyyədə dekabrın 18-də keçirilməsi nəzərdə tutulan növbədənkənar seçkilərdən qabaq iki ölkə növbəti dəfə üz-üzə gəlib.
Kosovo prezidenti Vjosa Osmani dünən axşam saatlarında seçkilərin 2023-cü ilin aprel ayına təxirə salındığını açıqlayıb.
Yerli mətbuat Kosovonun şimalında vəziyyətin sakit, lakin gərgin olduğunu bildirir.

DİGƏR XƏBƏRLƏR

Top