DSX-nin əsgərinin ölümü ilə bağlı cinayət işi açılıb - Yenilənib


 

Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əliyev Məhəmməd Məhərrəm oğlunun silahla davranış qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan ölməsi barədə açılan cinayət işi üzrə şahidlər dindirilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Şəmkir hərbi prokurorluğu məlumat yayıb.

Bildirilib ki, daxil olmuş məlumat əsasında Şəmkir hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş və digər hərəkətlər icra edilib.

Şəmkir hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 350.2-ci (Silahla davranış qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda ) maddəsi ilə başlanılmış cinayət işi üzrə şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.


***15:30

Dekabr ayının 10-da saat 16:55-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Qazax Əlahiddə Sərhəd Diviziyasında silahla davranış qaydalarının pozulması nəticəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu 2003-cü il təvəllüdlü əsgər Əliyev Məhəmməd Məhərrəm oğlu aldığı güllə yarasından vəfat edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə DSX-nin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, baş vermiş hadisənin araşdırılması məqsədilə Dövlət Sərhəd Xidməti rəisinin göstərişi ilə Sərhəd Qoşunlarının komandanı hadisə yerinə ezam olunub.
Faktla bağlı prokurorluq orqanları ilə birgə araşdırma işləri aparılır.
Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat etmiş hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir.

***12:04
Beyləqan rayonun Şahsevən kəndinin sakini Əliyev Məhəmməd Məhərrəm oğlunun şəhid olduğu iddia edilir.
Yeniavaz.com
xəbər verir ki, sosial şəbəkələrdə dəfn mərasimindən kadrlar yayılıb.
Kadrlarda, dəfn mərasimində Dövlət Sərhəd Xidməti əməkdaşlarının da iştirak etdiyi görünür.


 

DİGƏR XƏBƏRLƏR

Top