2 tonluq “SWOT” peyki orbitə göndərilir


Dekabrın 15-də “SpaceX”ə məxsus “Falcon 9” raketi Yerin su səthini araşdırmaq üçün “SWOT” peykini orbitə çıxaracaq.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, layihə çərçivəsində ilk dəfə olaraq okeanların, göllərin, çayların və digər su ehtiyatlarının parametrlərində müvəqqəti dəyişikliklərə dair yüksək rezolyusiyaya malik məlumatlar toplanacaq. Qurğu su hövzələrinin və okeanın topoqrafiyasının ən kiçik detallarını müşahidə edəcək və onların zamanla necə dəyişdiyini ölçəcək.
İki ton ağırlığında olan “SWOT” peyki NASA və Fransanın CNES kosmik agentliyi arasında Kanadanın CSA kosmik agentliyi və Böyük Britaniyanın UKSA kosmik agentliyinin iştirakı ilə birgə işlənib hazırlanıb.

DİGƏR XƏBƏRLƏR

Top