
Qətərdə keçirilən dünya çempionatının 1/4 finalında Mərakeş Portuqaliyaya 1:0 hesabı ilə qalib gəlib.
Yeniavaz.com xəbər verir ki, görüş Dohadakı "El-Tumama" stadionunda keçirilib.
Qolu matçın 42-ci dəqiqəsində Yusif En-Nesiri vurub.
Yarımfinalda Mərakeş İngiltərə və Fransa matçının qalibi ilə oynayacaq.