Mingəçevirdə Heydər Əliyevin xatirəsinə həsr olunmuş konfrans keçirilib


Mingəçevir şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası şəhər təşkilatının birgə təşkilatçılığı ilə müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Heydər Əliyev - tarixi şəxsiyyət, görkəmli dövlət xadimi, əbədiyaşar lider” mövzusunda elmi-nəzəri konfrans keçirilib.
Yeniavaz.com
xəbər verir ki, əvvəlcə ulu öndərin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Daha sonra çıxış edən icra hakimiyyətinin başçısı İlham İsmayılov bildirib ki, Azərbaycan tarixinin böyük bir dövrü Heydər Əliyevin adı ilə qırılmaz surətdə bağlıdır. O, ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrləri haqqında danışaraq vurğulayıb ki, Mingəçevirin sosial-iqtisadi inkişafında da Heydər Əliyevin çox böyük xidmətləri olubr. Mingəçevir məhz onun dövründə böyük sənaye və energetika şəhərinə çevrilibmişdir.
Konfransda YAP Mingəçevir şəhər təşkilatının sədr müavini Bəxtiyar Mustafayev “Ümummilli lider Heydər Əliyev dövlətçilik tariximizdə xüsusi xidmətləri olan tarixi şəxsiyyətdir”, Mingəçevir Dövlət Universitetinin dosenti Esmira Cəfərova “Heydər Əliyev şəxsi keyfiyyətlərə malik olan dövlət xadimidir”, Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Ədalət Quliyeva “Heydər Əliyev əməlləri ilə qəlbimizdə yaşayan əbədiyaşar liderdir”, Mingəçevir İH-nin hüquq şöbəsinin baş məsləhətçisi Cavid Məmmədov “Müasir Azərbaycanın uğurları ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf yolunun davamıdır” mövzularında çıxış ediblər.



Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top