“Hakimiyyəti dərhal Bəxtiyar Hacıyevi azad etməyə çağırırıq” – Dövlət Departamenti


Xəbər verdiyimiz kimi, ötən gün hüquq müdafiəçisi və ictimai fəal Bəxtiyar Hacıyev həbs edilib. Onun barəsində 1 ay 20 gün həbs qətimkan tədbiri seçilib.
Yeniavaz.com
xəbər verir ki, ABŞ Dövlət Departamenti mətbuat katibinin müavini Vedant Patel mətbuat üçün gündəlik brifinqində B.Hacıyevin həbs edilməsinə reaksiya bildirib.
“Biz İnsan Hüquqları Günü ərəfəsində cənab Hacıyevin saxlanılmasından və həbs edilməsindən dərindən narahatıq və hakimiyyəti onu dərhal azad etməyə çağırırıq”, - TURAN-ın Vaşinqton müxbirinin sualına cavabında deyib.
“ABŞ insan hüquqlarına və əsas azadlıqlara hörmətin təşviqinə əvvəlkitək qətiyyətlə sadiq qalır və biz yenidən hökuməti öz vətəndaşlarının hüquqlarına, o cümlədən onların öz fikirlərini dinc şəkildə ifadə etmək hüququna hörmət etməyə çağırırıq”, - Patel əlavə edib.
Patel “Azərbaycan rəsmilərilə (sonuncu dəfə bu həftə ABŞ dövlət katibinin köməkçisi Karen Donfridin Azərbaycanın xarici işlər naziri Bayramovla telefon danışığı zamanı) ikitərəfli danışıqlar zamanı insan hüquqları mövzusu müzakirə olunurmu” sualının cavabında deyib ki, ABŞ bu mövzunu öz xarici siyasətinin mərkəzində saxlayır və bundan sonra da saxlayacaq:
“Bu administrasiyanın işinin lap əvvəlindən, vəzifəyə başladığımız vaxtdan biz dünya ölkələrilə qarşılıqlı fəaliyyət göstərərək insan hüquqlarını xarici siyasətimizin mərkəzi hissəsinə qoymuşuq və  bunu davam etdirmək niyyətindəyik”.

DİGƏR XƏBƏRLƏR

Top