Futbol matçı şərh edərkən dünyasını dəyişdi – Qardaşı öldürüldüyünü deyir


ABŞ-ın “CBS Sports” telekanalının jurnalisti Qrant Uol Qətərdə keçirilən dünya çempionatı çərçivəsində futbol matçı şərh edərkən dünyasını dəyişib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə dekabrın 9-da “CBS News” məlumat yayıb.
Bildirilib ki, Uol Argentina və Niderland milliləri arasında 1/4 final matçı zamanı stadionda yıxılıb. Həkimlər onu həyata qaytara bilməyiblər.
“TMZ Sports”un məlumatına görə, jurnalist infarkt nəticəsində dünyasını dəyişib.
Eyni zamanda, Uolun ailəsi sözügedən ölüm səbəbi ilə razılaşmır. Qardaşı Erikin sözlərinə görə, jurnalist tam sağlam olub.
Mərhumun qardaşı onun öldürülə biləcəyinə inandığını deyib. O qeyd edib ki, jurnalist ölümündən bir neçə gün əvvəl göy qurşağı olan köynək geyindiyi üçün saxlanılıb.
“O, mənə ölümlə hədələndiyini söylədi. Qardaşımın öldüyünə inanmıram. Onun öldürüldüyünə inanıram. Və mən sadəcə hər hansı bir kömək istəyirəm”, - Qrantın qardaşı sosial şəbəkə hesabında yazıb.

DİGƏR XƏBƏRLƏR

Top