Oğuza dəfnə gedərkən Şəkidə qəzaya düşdülər


Şəki rayonunun Qayabaşı kəndi ərazisində "Mercedes" markalı avtomobilin sürücüsü, Mingəçevir şəhər sakini Sərxan Quluzadənin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.
Daxili İşlər Nazirliyininin Mətbuat Xidmətinin Şəki regional qrupundan Yeniavaz.com-a bildirilib ki, nəticədə 4 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə  xəstəxanaya yerləşdirilib.
Sərnişinlərdən 3-ü Şəki rayon mərkəzi xəstəxanasına, biri isə Qəbələyə aparılıb.
Bunlar Mingəçevir şəhər sakinləri - Vüqar Məmmədəliyev, Qalib Muradov, Qəhrəman Qurbanlı və İlqar Hüseynov olublar.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edilib ki, Mingəçevir sakinləri Oğuza yas mərasiminə gediblərmiş. Onlar dəfn mərasimində iştirak etmək üçün yola çıxıblarmış.

DİGƏR XƏBƏRLƏR

Top