Nəsimidə işlədiyi uşaq evindən 780 manatlıq xalça oğurladı - Video


Paytaxtın Nəsimi rayonunda yerləşən uşaq evlərinin birindən oğurluq edilib. Naməlum şəxs müəssisədən məişət əşyaları və ümumi dəyəri 780 manat olan iki ədəd xalça oğurlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Daxili Oişlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmin müəssisədə işləyən R.Kərimova saxlanılıb. O, ifadəsində törətdiyi hadisəni etiraf edib.
Faktlarla bağlı Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top