DÇ-2022: Bu gün yarımfinalın bütün iştirakçıları bəlli olur - Afişa


Qətərdə təşkil olunan dünya çempionatında bu gün 1/4 final mərhələsinə yekun vurulacaq.
Yeniavaz.com xəbər verir ki, günün ilk matçında Portuqaliya millisi Mərakeşi sınağa çəkəcək. “Əl Tumama” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Matçı argentinalı FIFA referisi Fakundo Telyo idarə edəcək.
Digər oyunda İngiltərə və Fransa yığmaları üz-üzə gələcəklər. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. “Əl Bayt” stadionunda reallaşacaq görüşün baş hakimi braziliyalı Uilton Sampayo olacaq.
Qeyd edək ki, 1/4 finalın digər 2 oyunu dekabrın 9-da baş tutub. Xorvatiya Braziliyanı, Argentina isə Niderlandı məğlub edərək yarımfinala yüksəlib.

DİGƏR XƏBƏRLƏR

Top