Ursula fon der Leyenin ponisini öldürən canavarın vurulmasına icazə verildi


Almaniya hakimiyyəti Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyenin ponisini öldürən canavarın vurulmasına icazə verib. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb. Bildirilib ki, Hannover bölgəsi çoxlu sayda mal-qaranı öldürməkdən məsul olan canavarı vurmaq üçün lisenziya verib.
Qeyd olunur ki, ilin əvvəlindən 13 ev heyvanı, o cümlədən AK rəhbərinin 30 yaşlı ponisi yırtıcının qurbanına çevrilib. Daha sonra bu canavarın hücumda iştirakını təsdiqləyən DNT testi aparılıb. Mətbuat katibinin sözlərinə görə, hücum zamanı Dolli adlı poni digər heyvanlarla birlikdə otlaqda olub.

DİGƏR XƏBƏRLƏR

Top