İcra başçısı Mingəçevirdə sakinləri narahat edən problemə aydınlıq gətirdi


Mingəçevirin icra başçısı İlham İsmayılov sakinlərlə növbəti görüşü 10 nömrəli məktəbin akt zalında keçirilib.
Yeniavaz.com
xəbər verir ki, görüşdə sakinləri narahat edən problemlər barədə müzakirələr aparılıb. Sakinlər əvvəlcə şəhərdə aparılan qazıntı işlərinin onlarda narahatlıq verdiyini bildiriblər. Bunlara aydınlıq gətirən icra başçısı deyib ki, qazıntı işlərini saxlayıblar. Bütün qazılan yerlər asfaltlandıqdan sonra işlər yenidən davam edəcək. Bu qazıntılar Mingəçevirdə 50-60 il bundan öncə yeraltı çəkilən kanalizasiya borularının və köhnəlib istismara yararsız vəziyyətdə olan yeraltı qaz xəttlərinin  dəyişdirilməsi ilə bağlıdır:
“Dövlət proqramına uyğun onların yenilənməsi işləri aparılır. Bu da asfaltın altında olduğuna görə qazıntı işləri aparılır. Ona görə biz şəhər sakinlərindən üzr istəyirik və hamı bilsin ki, bu işlər mütləq görülməlidir”.
Esmira Hidayətova,Mingəçevir.

DİGƏR XƏBƏRLƏR

Top