
Rusiya Prezidenti Vladimir Putin Ermənistan baş naziri Nikol Paşinyanla görüşüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Kremlin rəsmi syatında məlumat yayılıb.
Görüş Avrasiya İqtisadi İttifaqı sammiti çərçivəsində Qırğızıstanın Bişkek şəhərində baş tutub.
Görüş zamanı ölkələr arasındakı ticari-iqtisadi məsələlər müzakirə olunub. Həmçinin, Ermənistan və Azərbaycan arasındakı münasibətlər, regional təhlükəsizlik mövzuları ətrafında da fikir mübasiləsi aparılıb.
***16:44
Qırğızıstanın paytaxtı Bişkekdə Rusiya Preizdenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş başlayıb.
Yeniavaz.com xəbər verir ki, görüş Avrasiya İqtisadi Birliyinin sammiti çərçivəsində baş tutub.
Tətbiqimizi yükləyə bilərsiniz