Gələn ilin Novruz, Ramazan və Qurban bayramları günləri bəlli oldu


Gələn ilin Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edilib.

Yeniavaz.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla 2023-cü il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, aprelin 21, 22-si Ramazan bayramı, iyunun 28, 29-u Qurban bayramı günləri müəyyən edilib.

Qeyd edək ki, Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə əsasən nəzərdə tutulan günlər iş günü hesab edilmir.

DİGƏR XƏBƏRLƏR

Top