Zəngilandakı mövqelərimiz atəşə tutulub


Dekabr 8-də saat 21:00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində, Ermənistan silahlı qüvvələrinin bölmələri, Qafan rayonunun Nerkin-And və Tsav yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq və Rəzdərə yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərini iri çaplı silahlardan fasiləsiz olaraq atəşə tutub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzinin məlumat yayıb.
Bildirilib ki, görülmüş cavab tədbirləri nəticəsində düşmənin atəş nöqtələri susdurulub. Əməliyyat şəraiti bölmələrimizin tam nəzarətindədir.
Qeyd edilib ki, DSX bu hadisəni Ermənistan tərəfinin növbəti təxribatı kimi dəyərləndirir.

DİGƏR XƏBƏRLƏR

Top