“Çırağan Sarayı”ndakı yanğın nəzarətə götürüldü – Video + Yenilənib


İstanbuldakı yanğına Beyoğlu, İstinye, Şişli və Beşiktaş xilasetmə qruplarına bağlı 20 avtomobil müdaxilə edib.
Yeniavaz.com
“TRT Haber”ə istinadən xəbər verir ki, nərdivan vasitəsi ilə otelin damına və yuxarı mərtəbələrinə çıxan yanğınsöndürənlər yanğını nəzarətə götürüb.
İstanbul Polis İdarəsi qruplarının Beşiktaşdan Ortaköyə qədər olan sahil hissəsini nəqliyyata bağladığı bildirilib.

***13:04
İstanbulun Beşiktaş rayonunda məşhur “Çırağan Sarayı”nın otel bölməsində naməlum səbəbdən yanğın baş verib.
Yeniavaz.com
“TRT Haber”ə istinadən xəbər verir ki, yanğının 4-cü mərtəbədə baş verdiyi bildirilir.
Hadisədən sonra bölgəyə çox sayda xilasetmə, tibb və polis qrupları göndərilib.
Yanğınla əlaqədar oteldə olanlar və işçilər təxliyə edilib.

DİGƏR XƏBƏRLƏR

Top