Türkiyə Azərbaycana MAM-T ixrac edəcək - Video


Azərbaycan MAM sursat ailəsinin (Mikro Akıllı Mühimmat  - Mikro Ağıllı Sursat) ən böyük və ən yeni üzvü olan MAM-T-ni tədarük edəcək.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə ROKETSAN-ın baş direktorunun müavini Murat Kurtulmuş “Poligon” jurnalına verdiyi müsahibədə danışıb.
 “Biz tezliklə MAM-T sursat layihəsini həyata keçirəcəyik. Yeni müqavilə çərçivəsində MAM-L-dən sonra biz MAM-T sursatını Azərbaycan Silahlı Qüvvələrinin xidmətinə təqdim etmək istəyirik. Bu məsələ ilə bağlı razılaşmamız son mərhələdədir. Biz bunu tezliklə həyata keçirməyə başlayacağıq”, - Kurtulmuş deyib.
Qeyd olunub ki, MAM seriyalı döyüş sursatları Azərbaycanın 2020-ci ildə Ermənistan üzərindəki qələbəsində mühüm rol oynayıb. Bildirilib ki, bu gün Türkiyə və Azərbaycanla yanaşı, Qətər, Ukrayna, Liviya, Türkmənistan, Qırğızıstan, Efiopiya kimi ölkələrin də arsenalında MAM sursatları var.
Qeyd edək ki, MAM-T MAM ailəsinin ən böyük və ən yeni üzvüdür. İlk atış testi 22 aprel 2021-ci ildə “Baykar Technology” tərəfindən hazırlanmış “Bayraktar Akıncı” tərəfindən həyata keçirilib. Hava hücumundan müdafiə sistemləri və tanklar kimi hədəfləri tamamilə məhv etmək və zərərsizləşdirmək ideyası ilə hazırlanıb.

DİGƏR XƏBƏRLƏR

Top