Moskvadakı yanğında bir nəfər ölüb - Yenilənib


“Meqa Ximki” ticarət mərkəzində yerləşən "OBI" hipermarketində baş verən güclü yanğın nəticəsində azı bir nəfər ölüb.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, son məlumatlara görə, sahəsi 18 min kvadratmetrə çatan yanğın 7 min kvadratmetr ərazidə lokallaşdırılıb.
Yamğının söndürülməsinə  aviasiya qüvvələrinin cəlb olunması planlaşdırılır.
Moskva vilayətinin prokurorluğu yanğın faktı ilə bağlı araşdırmalara başlayıb, Ximki prokuroru Denis Andreev hadisə yerinə yola düşüb.

***09:22
Rusiyanın paytaxtı Moskvada “Meqa Ximki” ticarət mərkəzində “OBI” hipermarketində yanğın başlayıb.
Yeniavaz.com
xəbər verir ki, yanğın 7000 kvadratmetr ərazini əhatə edir.
İlkin versiyalara görə yanğına səbəb qısaqapanma olub.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Moskvadan olan yanğınsöndürmə və xilasetmə dəstələri ticarət mərkəzindəki “OVI” hipermarketində baş vermiş yanğının söndürülməsinə yardım etmək əraziyə cəlb edilib. Bundan əlavə yanğının söndürülməsinə aviasiya qüvvələrinin cəlb olunması planlaşdırılır.
Moskva vilayətinin prokurorluğu hipermarketdə baş vermiş yanğın faktı ilə bağlı araşdırmalara başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top