“Putinin qaçış planı hazırdır” – Sabiq köməkçisi


2008-2010-cu illərdə Rusiya Prezidenti Vladimir Putinin köməkçiləri arasında olan, lakin sonradan siyasi ekspert kimi karyerasını davam etdirən Abbas Qalyamov yeni iddialar ortaya atıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Qalyamov Rusiyanın müharibədə məğlub olacağı təqdirdə Putinin qaçış planının hazır olduğunu irəli sürüb. Mümkün bir məğlubiyyət halında Putinin Argentina, Venesuela və ya Çinə uçuşunun gündəmdə olduğunu bildirib.
“Bu məlumat etibarlı mənbədən gəldi. Normalda Kremlin içindən məlumat paylaşmazdım, amma bunu istisna edirəm. “Nuhun gəmisi” planının adından da göründüyü kimi, ölkədə yaşamaq mümkün olmadığı təqdirdə yeni yaşayış məntəqəsi tapmağı hədəfləyir”, - deyə o qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top