ABŞ Maliyyə Nazirliyi Konqresdən Ukrayna üçün 14,5 milyard dollar istədi


ABŞ Maliyyə Nazirliyi Konqresdən 2023-cü ilin yanvar-sentyabr ayları arasında Ukraynaya birbaşa maliyyə dəstəyi üçün 14,5 milyard dollar istəyib. 
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, xəzinədarlıq katibi Janet Yellen bu barədə Texas ştatının Fort-Uort şəhərində Oyma və Çap Bürosunun tədbirində bildirib.
"Birləşmiş Ştatlar Ukraynaya hərbi yardımdan əlavə 13 milyard dollar birbaşa maliyyə yardımı ayırıb. Biz həmçinin Konqresdən 2023-cü ilin ilk doqquz ayında yardım üçün əlavə 14,5 milyard dollar ayrılmasını xahiş etmişik", - o deyib.

 

DİGƏR XƏBƏRLƏR

Top