Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 50 yeni yoluxma faktı qeydə alınıb, 46 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yeniavaz.com-a verilən məlumata görə, son sutkada ölüm halı aşkar edilməyib.
Azərbaycanda indiyədək ümumilikdə 824 691 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 814 399 nəfər müalicə olunaraq sağalıb, 9 984 nəfər vəfat edib, aktiv xəstə sayı 308 nəfərdir.
Ölkədə son sutka ərzində 1 868, hazırkı dövrədək isə 7 389 919 test aparılıb.
![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2022/12/8/1/6413d44a-1496-4af8-ad62-a07b747491eb/639219263fcea639219263fceb1670519078639219263fce8639219263fce9.jpg)