Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin iki qurumuna rəhbər təyin edildi


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxil olan iki agentliyə rəhbər təyin edilib.
Yeniavaz.com
xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkə hesabındakı paylaşımında yazıb.
O qeyd edib ki, artıq 2 aydır RİNN-nin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) və İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) nizamnamələri Prezident fərmanı ilə təsdiqlənib. Hazırda bu qurumların rəhbər heyətinin və strukturlarının formalaşdırılması prosesi gedir:
"Ötən ayın sonu Nazir Rəşad Nəbiyevin Əmri ilə Nail Mərdanov İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin İdarə Heyətinin sədr müavini  vəzifəsinə təyin olunub və ona Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinin icrası müvəqqəti həvalə olunub.
Eyni zamanda İnarə Vəliyeva ötən ayın sonu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin olunub və ona da Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinin icrası müvəqqəti həvalə olunub".
O. Gündüz xatırladıb ki, “eGov” ASAN Xidmətdan alınaraq RİNN-in İRİA qurumuna verildiyindən hazırda burada təhvil-təslim prosesi və Agentliyin yenidən formalaşdırılması prosesi gedir.

DİGƏR XƏBƏRLƏR

Top