DÇ-dən kənarda qalan İspaniya millisində Luis Enrike əvəzləndi


İspaniya seçməsi Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində Mərakeşə uduzduğu üçün məşqçi Luis Enrike ilə müqaviləyə xitam verib.
Yeniavaz.com
xəbər verir ki, İspaniya Kral Futbol Federasiyası artıq millinin yeni baş məşqçisini də açıqlayıb.
İspaniya millisinin baş məşqçisi vəzifəsi Luis de la Fuenteyə tapşırılıb.
Onunla dekabrın 12-də rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, De la Fuente bunadək İspaniyanın U-21 yığmasına rəhbərlik edib.

DİGƏR XƏBƏRLƏR

Top