![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2022/12/8/1/3d115180-b8aa-4a72-bd5d-91e188376eda/dsx-qazax-1.jpg)
Dekabr 5-də saat 18:40-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayonunun 2-ci Şıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd edən 3 nəfər naməlum şəxs sərhəd naryadı tərəfindən saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.
Bildirilib ki, araşdırma zamanı saxlanılan şəxslərin Qazax rayon sakini 2004-cü il təvəllüdlü Məmmədova Bəsdi Fərux qızı, Ağstafa rayonu Poylu qəsəbə sakinləri 2006-cı il təvəllüdlü Bədirova Gülparə Saqif qızı və Bukavazin Məryəm Rəfail qızı olduqları müəyyən edilib.
![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2022/12/8/1/62a6b2e9-4196-4e53-aa0d-b61ea98d3f03/dsx-qazax-1.jpg)
Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılan şəxslərin valideynləri sərhəd diviziyasına dəvət olunaraq, övladlarının yol verdiyi cinayət tərkibli hərəkətlər barədə məlumatlandırılıblar.
![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2022/12/8/1/c3fce725-1e12-4b4c-b6a0-69074159b59b/dsx-qazax-2.jpg)
Əhali arasında, xüsusən yeniyetmə və gənclərin cinayət tərkibli hərəkətlərə yol verilməsinin, həmçinin gələcəkdə baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması məqsədilə zəruri maarifləndirmə və təbliğat işləri aparılıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.