“Digər "kazus belli"ləri unudun, Rusiya Pyotrun əmrini icra edir”


“Putin bütün dünyaya bəlli olanı təsdiqlədi: Rusiya I Pyotrun əmri olduğu üçün yeni ərazilər zəbt etmək istəyir”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Ukrayna prezident aparatının rəhbərinin müşaviri Mixail Podolyak özünün tvitter səhifəsində Rusiya Prezidenti Vladimir Putinin özünü I Pyotrla müqayisə etməsinə münasibət bildirərkən yazıb.
“Maskalar düşdü. “NATO təxribatları”, “denazifikasiya” və digər "kazus belli"ləri (casus belli - Roma hüququ dövründə irəli sürülmüş hüquqi termin; müharibə elan etmək üçün formal səbəb) unudun. Putin bütün dünyaya bəlli olanı təsdiqlədi: Rusiya I Pyotrun əmri olduğu üçün yeni ərazilər zəbt etmək istəyir və buna görə soyqırımlı işğalçı müharibə aparır. Başqa kimsə "qəsd" istəyir?”, - o bildirib.
Xatırladaq ki, V. Putin sonuncu çıxışında Azov dənizinin Rusiyanın daxili su hövzəsinə çevrildiyini qeyd edib və özünün Çar I Pyotrla müqayisə edib.

DİGƏR XƏBƏRLƏR

Top