Qatar piyadanı keçid üçün qadağan olunmuş yolda vurub - Rəsmi


Bu gün səhər saat 07:40 radələrində 6006 saylı Sumqayıt-Xırdalan-Bakı elektrik qatarı Güzdək-Xırdalan mənzilinin 11-ci kilometrində 101 km/saat sürətlə (təyin olunmuş sürət 105 km/saat) hərəkətdə olan zaman dəmir yolu xətlərindən piyadaların keçidi üçün qadağan olunmuş yoldan qəfil keçməyə cəhd etmiş şəxsi vurub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC-nin yaydığı məlumatda bildirilir.
Qeyd olunub ki, vurulan şəxs hadisə yerində dünyasını dəyişib:
"Hadisə hüquq mühafizə orqanları tərəfindən aidiyyəti üzrə araşdırılır.
İctimaiyyətə əlavə məlumat veriləcək".

DİGƏR XƏBƏRLƏR

Top