İsveçrənin daxili işlər naziri Prezident oldu


İsveçrənin daxili işlər naziri Alen Berse 2023-cü ildə ölkənin Prezidenti vəzifəsini icra edəcək.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, A. Berse parlament tərəfindən 2023-cü ildə 12 ay müddətinə İsveçrənin Federal Prezidenti vəzifəsinə seçilib.
Berse 2018-ci ildə də eyni vəzifədə olub.
Qeyd edək ki, İsveçrədə prezidentlər hər il 12 ay müddətinə rotasiya prinsipi əsasında hazırkı nazirlər arasından seçilir. Prezident öz nazirliyinin rəhbəri kimi vəzifələrini yerinə yetirməkdə davam edir.

DİGƏR XƏBƏRLƏR

Top